İsmət Səttarov: Azad olunmuş ərazilərdə media yayımı barədə hələ ki müraciət daxil olmayıb
İşğaldan azad olunmuş ərazilərdə media yayımı və resurslarının fəaliyyətə başlaması barədə hələ ki müraciət daxil olmayıb. Şəffaflıq.az xəbər verir ki, bunu Audiovizual Şurasının sədri İsmət Səttarov qurumun hesabat brifinqində deyib. Şura sədri qeyd edib ki, həmin ərazilərdə hansısa özəl telekanalın qurulması məqsədəuyğun olmaya bilər: "Həmin ərazilər işğaldan azad olunub və Azərbaycanın bir parçasıdır. Orada özəl yox, dövlət televiziya və radio yayımlarının fəaliyyətə başlaması daha uyğun olar".
Xəbəri paylaş
Facebook-da paylaş
