Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qobustan rayonu, Sündü bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin Sündü kəndində seçicilərlə görüşü keçirilib.
Şəffaflıq.az xəbər verir ki, Görüşdə giriş sözü ilə çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov bələdiyyə institutunun yerli demokratiyanın göstəricisi olduğunu bildirib. O, çıxışında ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri, dövlətimiz tərəfindən yerli özünüidarəetmə orqanlarına göstərilən dəstək barədə məlumat verib.Təşkilat sədri yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsinə hər cür şərait yaradıldığını bildirib.
"Xalqın etimadını layiqincə doğruldan YAP növbəti bələdiyyə seçkilərinə də yeni reallıqlar və çağırışlar fonunda böyük qələbə əzmi ilə qatılıb" deyə natiq vurğulayıb.
Görüşdə çıxış edən seçki qərargahının üzvü Allahyar Atakişiyev, bələdiyyə üzvlüyünə namizədlərdən Rasim Novruzov, Hicranə Qaçayeva və Fərman Əliyev ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar.
Yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaq YAP üzvləri də öz fəaliyyətlərini məhz bu həfəflər istiqamətində quracaqlar.
Görüşlər zamanı seçicilər YAP fəaliyyəti dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Facebook-da paylaş