Dünyanın ən yaşlı insanı Tomiko İtuka 116 yaşında vəfat edib.
Dünyanın ən yaşlı insanı Tomiko İtuka 116 yaşında vəfat edib. Şəffaflıq.az xəbər verir ki, 2019-cu ildən xanım İtukanın yaşadığı Aşiya şəhərindəki qocalar evinin nümayəndəsi Tomiko İtuka 1908-ci ilin may ayında Yaponiyanın Osaka şəhərində anadan olub. 20 yaşında ailə qurub və dörd uşaq dünyaya gətirib. Tomiko İtuka 71 yaşında, 1979-cu ildə dul qalıb, lakin aktiv həyat tərzini və idmanla məşğul olmağı davam etdirib. Tomiko İtuka 2024-cü ilin sentyabrında Yer kürəsinin ən yaşlı sakini tanınıb. O zaman onun 116 il və 116 günü var idi. Ondan əvvəl Yer kürəsinin ən yaşlı insanı ispaniyalı Mariya Branyas Morera hesab olunurdu. O, 2024-cü ilin avqustunda 117 yaş və 169 günlük yaşında vəfat edib.
Facebook-da paylaş