ABŞ-nin yeni seçilmiş vitse-prezidenti Ceyms Devid Vens sinusit əməliyyatı keçirib.


ABŞ-nin yeni seçilmiş vitse-prezidenti Ceyms Devid Vens sinusit əməliyyatı keçirib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Vitse-prezidentin mətbuat katibi Uilyam Martinin sözlərinə görə, əməliyyat çoxdan planlaşdırılıb. O əlavə edib ki, Vens sabah işə qayıtmağı planlaşdırır.

Telekanalın məlumatına görə, əməliyyat Corc Vaşinqton Universitetinin xəstəxanasının həkimləri tərəfindən həyata keçirilib. Onun əməliyyatdan əvvəl ABŞ Konqresinin yuxarı palatasında yeni senatorların andiçmə mərasimində iştirak etdiyi vurğulanıb.

Sinusit əməliyyatı günümüzdə endoskopik metodlar ilə tətbiq olunur. Dəridə hər hansı bir kəsik aparmadan, burun dəlikləri vasitəsilə sinuslara çatmaq olur. Sinusit əməliyyatı təxminən 2 saat davam edir və ümumi anesteziya altında icra olunur.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}