Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Parlamentinin sədri Andriya Mandiçə başsağlığı məktubu ünvanlayıb.
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Parlamentinin sədri Andriya Mandiçə başsağlığı məktubu ünvanlayıb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məktubda deyilir: “Monteneqronun Çetinye şəhərində silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi dərindən kədərləndirdi. Bu faciə ilə əlaqədar Sİzə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza öz adımdan və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”. Qeyd edək ki, silahlı cinayətkarın açdığı atəş nəticəsində 12 nəfər, o cümlədən iki uşaq həlak olub. Kütləvi qətl yanvarın 1-i axşam yerli barların birində məişət zəminində mübahisə nəticəsində baş verib. Qətldə şübhəli bilinən şəxs keçmişdə qanunsuz silah saxlamağa görə saxlanılan 45 yaşlı Atso Martinoviçdir. Şəffaflıq.az
Facebook-da paylaş