Ronaldo gələcəyinə aydınlıq gətirib
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu gələcəyi ilə bağlı qərarını verib. Şəffaflıq.az xəbər verir ki, bu barədə CNN-in Portuqaliya bölməsi məlumat yayıb. Mənbənin məlumatına görə, hücumçu yanvar ayı ərzində klub məsələsini həll etmək niyyətindədir. Ronaldunun Səudiyyə klubu ilə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonunadək nəzərdə tutulub və FIFA qaydalarına əsasən, futbolçu yanvarın 1-dən digər komandalarla danışıqlar apara bilər. Ronaldu Səudiyyə komandası üçün keçirdiyi 83 oyunda 74 qol və 18 məhsuldar ötürmə qeydə alıb. Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində “Əl-Nəsr” 25 xalla dördüncü yerdədir. Çempionatda 36 xalla “Əl-İttihad” liderlik edir. Ronaldu ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və 2023-cü ilin yanvarından “Əl-Nəsr” komandasının hücumçusudur. Ölkədə nikahsız kişi və qadının bir dam altında yaşaması yasaqlansa da, əfsanəvi futbolçuya güzəşt edilib və uşaqlarının anası ilə birgə yaşamasına icazə verilib.“Report”
Facebook-da paylaş