Mərkəzi Nəbatət Bağı auditor seçib
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Mərkəzi Nəbatət Bağı 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. Şəffaflıq.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Azəruçot" MMC-dir. Qalib şirkətə 2 700 manat ödəniləcək.
Xəbəri paylaş
Facebook-da paylaş