Rusiyanın Tatarıstan Respublikasında minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 4 nəfər ölüb.
Rusiyanın Tatarıstan Respublikasında minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 4 nəfər ölüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Respublikanın Dövlət Yol Müfəttişliyi məlumat yayıb. “Dekabrın 28-də Aktanış rayonunda “Volkswagen” markalı avtomobilin sürücüsü təhlükəli sürətlə hərəkətdə olarkən, nəqliyyat vasitəsini beton hasara çırparaq qarşıdan gələn zolağa çıxıb və nəticədə yük maşını ilə toqquşub. Qəza zamanı “Volkswagen”in sürücüsü və avtomaşında olan üç sərnişin ölüb”, - məlumatda deyilir. Hadisə yerində yol müfəttişləri işləyir, təfərrüatlar aydınlaşdırılır.
Xəbəri paylaş
Facebook-da paylaş