"Heydər Əliyev Yarımdalma Qazma Qurğusu"nun (gəmi) təftiş edilməsi nəzərdə tutulur.
"Heydər Əliyev Yarımdalma Qazma Qurğusu"nun (gəmi) təftiş edilməsi nəzərdə tutulur. Şəffaflıq.az bu barədə "Azerbaijan Rigs" MMC-yə istinadən xəbər verir. Məlumata görə, artıq bununla bağlı hazırlıqlara başlanılıb. Gəminin dəniz üzgüçülüyü üçün yararlı vəziyyətdə olub-olmaması müəyyənləşdiriləcək, habelə onun fəaliyyəti, xüsusiyyəti, spesifikasiyası və yaxud qüsurları ilə bağlı tam yoxlanılma və təftiş işləri aparılacaq. Xatırladaq ki, "Azerbaijan Rigs" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 950 milyon manatdır. Şirkətin təsisçiləri 90 % payla Dövlət Neft Fondu (ARDNF) və 10 % payla Dövlət Neft Şirkətidir (SOCAR).
Xəbəri paylaş
Facebook-da paylaş