MDM: Fövqəladə hallar üçün ehtiyat mərkəzində texniki işlər tamamlanıb


Milli Depozit Mərkəzinin informasiya sistemləri və ehtiyatları “Hökumət buludu”na köçürülüb.

"Report" xəbər verir ki, bu barədə Mərkəzin İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev qurumun “E-Vote” sisteminin tətbiqi ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, kritik informasiya infrastrukturunun fövqəladə hallar zamanı bərpasını təmin etmək məqsədilə Yevlax Ehtiyat Mərkəzində zəruri texniki işlər tamamlanıb.

“Görülən tədbirlər həssas məlumatların təhlükəsizliyinin və davamlılığının artırılması istiqamətində mühüm irəliləyiş hesab olunur”, - A.Xudaverdiyev vurğulayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}