"Tullantıları İdarəetmə Mərkəzi"nin direktoru dəyişib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə yeni direktor təyin edilib. Şəffaflıq.az xəbər verir ki, bu, Hüseyn Həsənovdur. O, şirkətin rəhbərliyində Mübariz Şirinovu əvəz edib. Xatırladaq ki, "Tullantıları İdarəetmə Mərkəzi" 2004-cü ildə təhlükəli tullantıları zərərsizləşdirmək məqsədi ilə "Təhlükəli Tullantılar" adı ilə Sumqayıtda yaradılıb, 2024-cü ildə adını indikinə dəyişib. Onun nizamnamə kapitalı 200 manatdır. Şirkət hazırda Abşeron rayonunun Pirəkəşkül kəndində fəaliyyət göstərir.
Xəbəri paylaş
Facebook-da paylaş