Seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər müəyyənləşdirilir
Bələdiyyə seçkiləri ilə əlaqədar seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi bu həftə yekunlaşacaq. "Report" xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb. Seçki Məcəlləsinə əsasən, müvafiq yerləri dairə seçki komissiyasının təklifi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları müəyyənləşdirməlidirlər. Bu, səsvermə gününə azı 30 gün qalanadək, "Təqvim Planı"na uyğun olaraq 2024-cü il dekabrın 30-dək başa çatdırılmalıdır. Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci ilin yanvarın 29-na təyin edilib.
Facebook-da paylaş