Kibercinayətkarlığa qarşı BMT Konvensiyası qəbul edilib


BMT Baş Assambleyası çərşənbə axşamı - 24 dekabr 2024-cü ildə “Kibercinayətkarlığa qarşı BMT Konvensiyası”nı qəbul edib.

Şəffaflıq.az xəbər verir ki, bu, kibercinayətkarlıqla mübarizə aparmaq və cəmiyyətləri rəqəmsal təhdidlərdən qorumaq məqsədi daşıyan əlamətdar qlobal müqavilədir.

Hüquqi cəhətdən məcburi olan Konvensiya BMT-yə üzv dövlətlərin beşillik səylərinin nəticəsi olaraq qəbul edilib. Bu prosesdə habelə vətəndaş cəmiyyətləri, informasiya təhlükəsizliyi mütəxəssisləri, akademiklər və özəl sektor nümayəndələri iştirak ediblər.

BMT-nin Baş katibi Antonio Quterreş Konvensiyanın qəbul edilməsini alqışlayaraq Konvensiyanın “son 20 ildə müzakirə edilən ilk beynəlxalq cinayət ədaləti müqaviləsi” olduğunu deyib. Baş katib bildirib ki, “yeni müqavilə təhlükəsiz kiberməkanın təşviqinə xidmət edəcək və bütün dövlətləri Konvensiyaya qoşulmağa və onu müvafiq maraqlı tərəflərlə əməkdaşlıq şəklində həyata keçirməyə çağırır”.

Qeyd edək ki, Beynəlxalq Konvensiyanın hazırlanması üzrə “Ad Hoc” Komitənin bu il BMT-nin Nyu-York şəhərindəki Baş Qərargahında keçirilmiş yekun sessiyasında ölkəmizi Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Xarici İşlər Nazirliyinin əməkdaşlarından ibarət Azərbaycan nümayəndə heyəti təmsil edib.

Ötən müddət ərzində Azərbaycan nümayəndə heyəti informasiya və kommunikasiya texnologiyaları vasitəsilə törədilən cinayət əməllərinin kriminallaşdırılması, beynəlxalq hüquqi və texniki yardım öhdəlikləri, elektron sübutların mühafizəsi, toplanılması və təqdim olunmasına dair beynəlxalq əməkdaşlıqla bağlı prinsipial hesab edilən məsələlərə dair müvafiq təkliflər verib və Komitə tərəfindən Azərbaycan tərəfinin təqdim etdiyi bütün təkliflər qəbul edilərək yekun Konvensiya layihəsinin mətnində öz əksini tapıb.

Kibercinayətkarlığa qarşı BMT Konvensiyası yeni əsrin konvensiyası hesab edilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}