ABŞ-nin keçmiş prezidenti Bill Klinton Vaşinqtondakı xəstəxanadan evə buraxılıb.
ABŞ-nin keçmiş prezidenti Bill Klinton Vaşinqtondakı xəstəxanadan evə buraxılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi "X" sosial şəbəkəsində bildirib. O, 78 yaşlı eks-prezidentin qripə yoluxduğunu vurğulayıb. Qeyd edək ki, dekabrın 23-də B.Klinton temperaturu yüksəldiyi üçün Vaşinqtondakı "MedStar Georgetown" Universiteti Xəstəxanasına yerləşdirilib. Xatırladaq ki, 2021-ci ildə keçmiş prezident Kaliforniyada altı gün xəstəxanada yatıb və COVID-19-a bağlı olmayan bir infeksiya ilə müalicə olunub. B.Klinton 1993-2001-ci illərdə ABŞ prezidenti olub.
Xəbəri paylaş
Facebook-da paylaş