Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldılır


Hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib.

Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.

Xatırladaq ki, hazırkı qanunvericiliyə görə həmin yaş həddi 18 yaşından 35 yaşınadəkdir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}