Xorvatiyada Heydər Əliyevin xatirəsi yad edilib
Azərbaycanın Xorvatiyadakı səfirliyi Heydər Əliyevin xatirəsini yad etmək məqsədilə tədbir keçirib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycanın Zaqrebdəki səfiri Anar İmanov “Azərbaycanın Xorvatiyadakı səfirliyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad etmək məqsədilə tədbir keçirib”, – diplomat qeyd edib. Onun sözlərinə görə, iştirakçılara keçmiş prezidentin “inkişaf edən, firavan və həqiqətən müstəqil Azərbaycanın yaradılmasında həlledici rolu barədə məlumat verilib”. “İstedadlı Azərbaycan musiqiçiləri Fərid Feyzullayev və Jalə Feyzullayevanın tanınmış Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət ifası tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib”, – səfir vurğulayıb.
Facebook-da paylaş