Pərviz Şahbazov Energetika Nazirliyində vətəndaşları qəbul edib


Energetika naziri Pərviz Şahbazov dekabrın 9-da Nazirlikdə vətəndaşları qəbul edib.

Şəffaflıq.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə təşkil edilmiş qəbulda Bakı, Sumqayıt şəhərləri, Xızı və Saatlı rayonlarından olan vətəndaşların elektrik qurğu və avadanlıqlarının mühafizə zonası, enerji verilişində yaranan fasilələr, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, təbii qaz təchizatı, bərpa olunan enerji ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin saytında yerləşdirilib. Eyni zamanda vətəndaşlar müraciətlərini (012) 974 “Çağrı Mərkəzi”, 598-16-55 “Qaynar Xətt”i, [email protected] elektron poçt ünvanı və

www.minenergy.gov.az internet səhifəsi vasitəsilə Nazirliyə ünvanlaya bilərlər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}