Məcnun Məmmədov Ağcabədidə vətəndaşları qəbul edəcək


Kənd təsərrüfatı naziri Məcnun Məmmədov dekabrın 13-də saat 09:00-da Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzində Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

Şəffaflıq.az nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinə (051-366-44-58) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Məlumata görə, qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}