ABŞ və Türkiyə İŞİD-ə qarşı koordinasiyalı şəkildə mübarizə aparacaq
ABŞ və Türkiyə İŞİD-ə qarşı koordinasiyalı şəkildə mübarizə aparacaq. Şəffaflıq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostinlə türkiyəli həmkarı Yaşar Gülər telefon danışığı zamanı müzakirə aparıblar. Tərəflər Suriyadakı vəziyyətin daha da gərginləşmənin qarşısının alınmasının vacibliyini, həmçinin ABŞ və tərəfdaşları üçün riskin olduğunu qeyd ediblər. Ostin Birləşmiş Ştatların Suriyadakı müxtəlif qrupların bəyanatlarını və hərəkətlərini diqqətlə izlədiyini vurğulayıb. Bildirilir ki, mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün addımlar atılmalı və beynəlxalq humanitar standartlara hörmətlə yanaşılmalıdır. Ostin və Gülər İŞİD-lə mübarizə üçün ABŞ-Türkiyə arasında sıx koordinasiya zəruri olduğunu bir daha təsdiqləyiblər.
Facebook-da paylaş