Ekvador millisinin futbolçusu Pedro Perlasa qaçırılaraq üç gün əsir saxlanılıb.


Ekvador millisinin futbolçusu Pedro Perlasa qaçırılaraq üç gün əsir saxlanılıb.

Şəffaflıq.az "El Comercio" qəzetinə istinadən xəbər verir ki, ölkəsinin "Delfin" klubunda çıxış edən müdafiəçi dekabrın 1-də cinayətkarlar tərəfindən qaçırılıb.

O, digər tanışı ilə birgə şüşələri qara rəngdə olan avtomobilə zorla mindirilərək naməlum istiqamətə aparılıb. Ekvador polisi dərhal axtarışa başlayıb və qaçırılanlar üç gün sonra saxlandıqları yerdən azad ediliblər.

Qeyd edək ki, Pedro Perlasa Ekvadorda müxtəlif klubların formasını geyinib, 3 dəfə yığmanın heyətində çıxış edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}