Ramin Məmmədov Naxçıvanda vətəndaşları qəbul edəcək


Ramin Məmmədov Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, Dini Komitənin sədri Ramin Məmmədov noyabrın 29-da Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-da Naxçıvan Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin inzibati binasında (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 1/8) keçiriləcək.

Dini Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Naxçıvan Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinə ((+994) 36 544 56 29, [email protected]) müraciət etmələri xahiş olunur.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}