Qarakənd faciəsindən 33 il ötür
Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının növbəti ildönümüdür. Şəffaflıq.az xatırladır ki, Qarakənd faciəsindən 33 il ötür. 1991-ci il noyabrın 20-də baş verən hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub: Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror Məhəmməd Nəbi oğlu Əsədov – daxili işlər naziri Zülfü Saleh oğlu Hacıyev – Baş nazirin müavini Vaqif Cəfər oğlu Cəfərov – deputat Vəli Hüseyn oğlu Məmmədov – deputat Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatının şöbə müdiri Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini İqor Aleksandiroviç Plaviski – keçmiş DQMV-nin prokuroru Vladimir Vladimiroviç Kovalyov – keçmiş DQMV-nin Daxili İşlər İdarəsinin rəisi Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi Alı Mustafa oğlu Mustafayev – telejurnalist Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-nin işıqçısı Fəxrəddin İbrahim oğlu Şahbazov – videooperator Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü. Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gün sonra onun ermənilər tərəfindən vurulması faktı təsdiqlənib. Erməni separatçıları bu terror aktı ilə özlərinin terrorçu mahiyyətini bir daha sübut ediblər. Ermənilər tərəfindən terror aktının tödərildiyi Qarakənd kəndi 2023-cü ildə düşmən tapdağından azad edilib.
Facebook-da paylaş