Azərbaycan Qırğızıstanla enerji əməkdaşlığı üzrə sənədlər imzalayıb
Azərbaycan və Qırğızıstan arasında enerji əməkdaşlığı üzrə sənədlər imzalanıb. Bildirilib ki, COP29 çərçivəsində energetika naziri Pərviz Şahbazov Qırğızıstanın energetika naziri Taalaybek İbrayevlə görüşüb. Görüşdə ikitərəfli enerji əməkdaşlığına dair müzakirələr aparılıb. Görüşdən sonra “Azərbaycan Respublikası və Qırğız Respublikasının energetika sahəsində əməkdaşlığı üzrə 2024-2025-ci illəri əhatə edən Yol Xəritəsi” imzalanıb. Sənəd neft-qaz, bərpa olunan enerji sahəsində əməkdaşlığı, Birgə İşçi Qrupunun yaradılmasını nəzərdə tutur. Bundan başqa, Qırğız Respublikasının Nazirlər Kabineti yanında Dövlət Təşkilatı “Yaşıl Enerji Fondu” ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Azərbaycan Bərpa Olunan Enerji Agentliyi arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb. Şəffaflıq.az
Facebook-da paylaş