Günün qoroskopu:Yaxınlarınızla münasibətlərinizi rəvan edin. Sevdiyiniz insanı qayğılandıran məqamları aşkarlamağı bacarın.


Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - əhəmiyyətli irəliləyiş istəyirsinizsə, əvvəlcədən hazırlanmış fəaliyyət planınız olmalıdır. Situasiyadakı dəyişikliklərə rəğmən bu plandan bir addım da geri çəkilməyin.

Sizi yoldan çıxarmaq istəyənlər az olmayacaq. Onların arasında indiyədək sizə təmənnasız yardım edən, dəstək olan insanlar da yer alacaqlar.

Günün ikinci yarısında tənqidə həddən artıq həssas olmayın. Hər irada adi günlərlə müqayisədə aqressiv reaksiya verməyin. Ən kiçik zarafatdan inciməyin.

Qıcıqlı davranmayın.

Buğa - günün ilk yarısı işlər üçün çox sərfəlidir. Maraqlandığınız layihəni reallaşdırmağa başlayın. Gərəkli informasiya və lazımi məlumatları əldə etmək üçün zəruri variantları sınaqdan keçirin. Bir müddət sonra sizə yardım edəcək insanlarla tanış ola bilərsiniz.

Günün ikinci yarısında ünsiyyət məhsuldar ola bilər. Ən gərgin diskussiyanı konstruktiv məcraya yönəltmək olar.

Axşam saatlarına yaxın kiçik maliyyə itkiləri, uğursuz alış-veriş ola bilər.

Həddən artıq orijinal, ekstravaqant əşyalar almağa dəyməz. İmiclə bağlı ekstremal sınaqlar, eksperimentlər etməyin.

Əkizlər - sərfəli anlaşmalar və müqavilələrə nail olmaq mümkündür. Lakin önəmli şərt var: yalnız sınanmış tərəfdaşlarla işbirliyi yaradın. İlk dəfə gördüyünüz insanla əməkdaşlığa tələsməyin. Fırıldaq qurbanı olmaq, başqasının tamahından zərər çəkmək riski artır.

Günün ikinci yarısında təmkin və soyuqqanlı davranış yaxınlarınızla münaqişənin qarşısını alacaq. Münasibətləri harmonik adlandırmaq çətindir. Deyilməyən iradlar, inciklik təmaslara mane olur.

Sevdiyiniz insanla təmaslarda diqqətli və qayğıkeş olun.

Xərçəng - hər şey yaxşıdır. Qüvvənizə və potensialınıza inansanız, yaxşı nəticələr əldə edə bilərsinz. Ünvanınıza çoxsaylı tənqidlər səslənəcək. Belə tənqidləri qulaqardına vurun, gərəkli bildiyiniz kimi hərəkət edin.

Günün ikinci yarısında yeni sifariş və ya maraqlı təklif istisna deyil. Məntiqli davransanız, gəlirləri artırmaqla yanaşı, peşəkar fəaliyyət sahəsindəki mövqeləri daha səbatlı edə bilərsiniz.

Ciddi təmaslara can atırsınızsa, şəxsi münasibətlərdə önəmli dəyişikliklər olacaq.

Şir - ekstravaqant, qeyri-adi qərarlar qəbul edə bilərsiniz. Bu gün belə qərarlar yaxşı nəticə verməklə yanaşı, yaxın ətrafınızdakı insanlarda sizinlə bağlı xoş təəssürat formalaşdıracaq. Yeni işə başlamaq üçün əlverişli zamandır.

Günün ikinci yarısı mürəkkəb işə başlamağın zamanıdır. Məhsuldar işləyin, diqqətli olun. Yeni müttəfiqlər tapın. Gəlirlər az olmayacaq.

Pullar geciksə də, sonda sizi tapacaq.

Axşam saatlarında əyləncəyə yollana bilərsiniz.

Qız - irəliləmək üçün çalışmaq gərəkdir. Mühüm saydığınız işdə fasilələri aradan qaldırın. Diqqətli və sərvaxt olun. Daha uğurlu insanlara paxıllıq etməyin. Sonuclara nəzər salanda məlum olacaq ki, əhəmiyyətli nailiyyətləriniz var.

Sənədlərlə iş, məmurlarla danışıqlar, dövlət qurumlarına baş çəkmək üçün münasib zamandır.

Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər yarana bilər. Bunun səbəbi isə uzun müddətdən bəri aludə olduğunuz illüziyalardır. Situasiyaya obyektiv baxın.

Yaxın gələcəklə planları konkretləşdirin.

Tərəzi - günün ilk yarısı çətinliklərdən xali deyil. Amma prioritetləri dürüst müəyyələşdirsəniz, etibar edə biləcəyiniz müttəfiqləri tapa bilsəniz, uğur əldə edə bilərsiniz. Müstəqil fəaliyyət göstərmək fikrinə düşsəniz, çətin olacaq. Sədləri növbə ilə dəf edin.

Günün ikinci yarısında yorula bilərsiniz.

Dəyər verdiyiniz insanlarla ünsiyyət üçün pis gün deyil. Axşam saatlarında sevdiyiniz şəxs və ya köhnə dostla görüş, ailəvi tədbir üçün əlverişlidir.

Qəfil hədiyyələr ola bilər.

Əqrəb - günün ilk yarısındakı situasiyadan yararlanın. Kommersiya fəaliyyəti, ticarət və ya başqa sahədə çalışırsınızsa, sərvaxt davranın. İşdə kiçik fikir ayrılıqları ola bilər. Mövqeyinizdən geri çəkilməyin. Kimsənin xətrinə dəyməyin.

Romantik tanışlıq, ciddi hisslərin yaranması istisna deyil.

Günün ikinci yarısı mühüm və ikinci dərəcəli məsələlərin ayırd edilməsi üçün əlverişlidir. İş və şəxsi münasibətlərlə bağlı yeni planlar qurmaq olar. Yol verdiyiniz səhvləri müəyyənləşdirin, yanlış prioritetləri anlayın.

Oxatan - işlər və həll olunası məsələlər çoxdur. Vaxtınızın qədrini bilin, məhsuldar işləyin. Maliyyə-pul məsələlərində, sənədləşdirmədə ciddi və diqqətli olun. İşgüzar görüş yaxşı nəticə verəcək. Tərəfdaşlığın məhsuldar olmasına çalışın. Maraqlı təkliflər ala bilərsiniz.

Günün ikinci yarısı uğurludur. Pozitiv emosiyalarınız olacaq. Ailə üzvlərinə sürpriz edin, onları sevindirin.

Oğlaq - günün ilk yarısında sərvaxt olun. Yaxın ətrafınızdakı insanların bəziləri sizə ciddi problemlər "bəxş" edəcəklər. İşdə rəhbərliklə münasibətlərdə fikir ayrılıqlarını mübahisəyə döndərməyin. Müstəqil çalışsanız, əhəmiyyətli irəliləyişə nail ola bilərsiniz.

Günün ikinci yarısında qarşılaşacağınız insan işlərinizdə və yaşamınızda önəmli rol oynaya bilər. Şansınızı vaxtında dəyərləndirin, təşəbbüskar olun. İrəliyə doğru əhəmiyyətli addım atın.

Dolça - qətiyyətli və iradəli olun. Günün ilk yarısında uğura nail olmaq istəyirsinizsə, əzmli olmalısınız. Hansısa iş alınmayanda geri çəkilməyin. Planlarınızdan imtina etməyin. Mövqeyinizi paylaşmayan insanlarla dil tapın. Opponenti müttəfiqə çevirə bilərsiniz.

Günün ikinci yarısı yeni işə başlamaq üçün əlverişlidir. Həmin iş nə qədər mürəkkəb və maraqlı olarsa, bir o qədər yaxşıdır. Böyük planlar quraraq onların gerçəkləşdirilməsinə hazırlaşmaq olar.

Axşam saatlarında romantik görüş pis alınmayacaq.

Balıqlar - günün ilk yarısında asanlıqla uğur əldə edə bilərsiniz. Ən müxtəlif işlərə başlaya bilərsiniz. İntuisiyanız kəskin olsun. Nəyi nə zaman etməyə başlayacağınızı bilin. Ünsiyyət çevrənizi genişləndirmək, yeni faydalı tanışlıqlara nail olmaq şanslarınız var.

Günün ikinci yarısı alış-veriş üçün əlverişlidir. Hədiyyə almaq olar. Yaxınlarınızla münasibətlərinizi rəvan edin. Sevdiyiniz insanı qayğılandıran məqamları aşkarlamağı bacarın.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}