Azərbaycan BOKT-ları pul köçürmələri və valyuta mübadiləsi həyata keçirə bilər


Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatları (BOKT) ilə bağlı qanunvericilikdə dəyişikliklər etməyi planlaşdırır.

Şəffaflıq.az xəbər verir ki, bunu qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi Xəyyam İsmayılov Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

"BOKT-larda hesab açmadan pul köçürmələrinin həyata keçirilməsi və valyuta mübadiləsinin aparılması imkanlarına baxılır", - deyə o qeyd edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}