Elşad Musayev bələdiyyələrin borcunun dondurulmasını və ya silinməsini təklif edib
Bələdiyyələrin külli miqdarda borcu dondurulmalı və ya silinməlidir. Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşad Musayev oktyabrın 18-də keçirilən parlamentin plenar iclasında çıxışı zamanı deyib. "Əgər həmin borclar silinməsə, yaxud dondurulmasa, bəzi bələdiyyələrin fəaliyyəti mümkünsüz olacaq. Eyni zamanda bələdiyyələrin maliyyələşdirilməsi məsələsini də həll etmək lazımdır", - o bildirib.
Xəbəri paylaş
Facebook-da paylaş