Elnur Soltanov: COP29 zamanı şəhər sakinlərinə evdən çıxmaqla bağlı məhdudiyyət qoyulmayacaq
COP29-un keçirildiyi zaman Bakı sakinlərinə evdən çıxmaqla bağlı hər hansı bir məhdudiyyət olmayacaq. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov deyib. “COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin tətbiqi nəzərdə tutulmur”, - o deyib. E.Soltanovun sözlərinə görə, bu barədə məlumat dezinformasiyadır. O ictimaiyyəti bu kimi dezinformasiyalara inanmamağa və yalnız qurumlar tərəfindən verilmiş rəsmi məlumatları əsas götürməyə çağırıb.
Xəbəri paylaş
Facebook-da paylaş