Milli Məclis Prezident və Birinci xanıma Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik məktubu ünvanlayıb
Milli Məclis 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. Şəffaflıq.az xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib. O bildirib ki, bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür: “Təklif edirəm ki, bu münasibətlə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin”. Deputatlar sədrin təklifini alqışlarla qarşılayıb.
Xəbəri paylaş
Facebook-da paylaş