Bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib


Azərbaycanın bəzi bölgələrində oktyabrın 17-si gündüzdən 19-u gündüzədək küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Naxçıvan, Şərur, Sədərək, Kəngərli, Şahbuz, Babək, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Daşkəsən, Gəncə, Zərdab, Ağdaş, Ucar, Göyçay, Kəlbəcər, Laçın, Cəbrayıl, Ağdam, Ağcabədi, Neftçala, Qobustan, Lənkəran, Masallı, Astara, Cəlilabad, Göygöl, İsmayıllı, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qusar, Şahdağda fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər, Yevlax rayonlarında isə fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}