Azad edilən ərazilərdə yaradılacaq bələdiyyələrin sayı açıqlanıb
İşğaldan azad edilmiş ərazilərdə kəndlərin formalaşdırılması prosesi davam edir. Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, həmin ərazilərdə bələdiyyələrin formalaşdırılması gələcəkdə həyata keçirilə bilər: “Hesab edirəm ki, gələcəkdə həmin ərazilərdə bələdiyyələrin sayı təxmini 100-110 olacaq”.
Xəbəri paylaş
Facebook-da paylaş