Azərbaycanda gələn il iş adamlarının dövlət qurumları ilə əlaqələri asanlaşdırılacaq


.

Gələn il ərzində iş adamları ilə bağlı məsələlərə diqqət yetiriləcək və hökumətlə əməkdaşlıq edərək onların həyatı asanlaşdırılacaq.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri İnarə Vəliyeva "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge” İnnovasiya Sammitinin ikinci günündə deyib.

"MyGov" elektron hökumət portalının əsas məqsədi hər bir vətəndaşın dövlət qurumları ilə çox asan və rahat əməkdaşlıq etməsini təmin etməkdir. İstəmirik ki, onlar müxtəlif qurumlara baş çəkib, müxtəlif dövlət qurumlarından almalı olduqları bir çox sənədləri gözləməklə vaxtlarını itirsinlər. Bu mənada "myGov" həll yolu olardı. Biz istəyirik ki, hər bir vətəndaş övladı dünyaya gələn, ailə quran zaman və ya həyatında baş verən hər hansı bir hadisə ilə bağlı hansı dövlət qurumuna müraciət etməli olduğunu düşünməsin", - İ. Vəliyeva vurğulayıb.

Onun sözlərinə görə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi "myGov"un Azərbaycan vətəndaşının bütün suallarına cavab verən platformaya çevrilməsini istəyir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}