Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşü (C&DM) keçirilir. "Report" xəbər verir ki, panel iclasının keçirilməsində məqsəd iqlimə həssas ölkələrin prioritet məsələlərinin həlli üçün müxtəlif ölkələrin ekologiya və ətraf mühit nazirlərini bir araya gətirməkdir.
Xəbəri paylaş
Facebook-da paylaş