İtaliyanın Baş naziri COP29-da iştirak edəcək
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) İtaliya nümayəndə heyətinə ölkə hökumətinin başçısı Corcia Meloni rəhbərlik edəcək. Şəffaflıq.az xəbər verir ki COP29-un İqlim şəffaflığı üzrə yüksək səviyyəli həmkarı, İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində bildirib. “İtaliyanı COP29-da ölkənin Baş naziri Corcia Meloni təmsil edəcək. Nümayəndə heyətinin tərkibində ölkənin ətraf mühit naziri Cilberto Piketto Fratin də olacaq”, - o qeyd edib.
Xəbəri paylaş
Facebook-da paylaş