Azərbaycanda kapitalı 4 milyon ABŞ dolları olan vençur fondu yaradılıb
Azərbaycanda 4 milyon ABŞ dolları kapitalı olan yeni vençur fondu yaradılıb. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı "INMerge" İnnovasiya Sammiti çərçivəsində Anlaşma Memorandumu imzalanıb. Memorandumu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, "Trendyol"un Azərbaycandakı nümayəndəsi İrem Yılandil, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Yasin Cəlilov və "PAŞA Holdinq"in nəzdində yeni yaradılmış "Future Lab"ın baş icraçı direktor Fərrux Əliyev imzalayıb. Vençur fondu üçün tərəflərin hər biri 1 milyon ABŞ dolları ayırıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda ekosistemə töhfə vermək, startap və innovativ layihələr üçün maliyyə əlçatanlığını təmin etməkdir.
Facebook-da paylaş