Bakı sakininə 14 min manatlıq dələduzluq edilib
Bakıda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir nəfərin 14500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 51 yaşlı E.Sadıqov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş