Əsas Səhifə > Hadisə > Bakı sakininə 14 min manatlıq dələduzluq edilib
Bakı sakininə 14 min manatlıq dələduzluq edilib10-10-2024, 10:29 |
Bakıda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir nəfərin 14500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 51 yaşlı E.Sadıqov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. Geri qayıt |