NATO ölkələrinin iclası təxirə salınıb
Oktyabrın 12-də Almaniyada NATO ölkələrinin liderləri səviyyəsində “Ramşteyn” formatında keçirilməli olan iclas qeyri-müəyyən müddətə təxirə salınıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun Ukrayna xidməti NATO-nun mənzil-qərargahındakı mənbələrə istinadən məlumat yayıb. Bundan əvvəl Ağ Evdən bildirilib ki, yaxınlaşan “Milton” qasırğası ilə əlaqədar ABŞ Prezidenti Cozef Baydenin Avropaya səfəri və iclasda iştirakı təxirə salınıb. Bu yaxınlarda Ukrayna Prezidenti Volodimir Zelenski iclasda "qələbə planı"nı təqdim edəcəyini açıqlamışdı.
Xəbəri paylaş
Facebook-da paylaş