Azərbaycanda qaz emissiyaları haqqında datanın toplanması üçün yeni metodlar hazırlanır
rbaycanda qazların emissiyaları haqqında datanın toplanması üçün süni zəkadan istifadə edilən yeni metodlar hazırlanır. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiya şöbəsinin rəhbəri Rəna Hümbətova bildirib. "Hazırda agentlik olaraq milli mobillik strategiyası üzərində işləyirik. Bu sahədə proqnozlaşdırma imkanlarını genişləndirməyə çalışırıq. Agentliyin layihəsinə əsasən, Azərbaycanda aktiv enerji istehlakçıları binaların üzərində qoyulan günəş panellərindən istifadə edirlər. Bu, bərpa olunan enerji ilə əlaqədar həyata keçirilən addımlardan sadəcə biridir",- deyə o qeyd edib.
Facebook-da paylaş