Azərbaycan və Əfqanıstan "Lapis Lazuri" marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib


Azərbaycan və Əfqanıstan arasında "Lapis Lazuri" marşrutu çərçivəsində əməkdaşlıq müzakirə edilib.

Şəffaflıq.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

"Əfqanıstanın nəqliyyat və mülki aviasiya naziri Həmidullah Axundzadə ilə görüşdük. Nəqliyyat sahəsində ikitərəfli və "Lapis Lazuri" marşrutu çərçivəsində çoxtərəfli əməkdaşlıq imkanlarını müzakirə etdik. Bu marşrut vasitəsilə Əfqanıstandan avtomobil daşımalarının həyata keçirilməsinin perspektivlərindən danışdıq", - deyə o qeyd edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}