Milli Məclisin komitələrinə sədr seçilib - TAM SİYAHI
Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib. Şəffaflıq.az xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Əli Hüseynli yenidən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri vəzifəsinə təsdiqlənib. Komitə sədri seçilən deputatlar aşağıdakılardır: Əli Hüseynli - Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Arzu Nağıyev - Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Zahid Oruc - İnsan hüquqları komitəsinin sədri Sadiq Qurbanov - Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Azər Əmiraslanov - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Rzayev - Aqrar siyasət komitəsinin sədri Musa Quliyev - Əmək və sosial siyasət komitəsinin sədri Siyavuş Novruzov - Regional məsələlər komitəsinin sədri Anar İsgəndərov - Elm və təhsil komitəsinin sədri Polad Bülbüloğlu - Mədəniyyət komitəsinin sədri Səməd Seyidov - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Əhliman Əmiraslanov - Səhiyyə komitəsinin sədri Hicran Hüseynova - Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Şahin İsmayılov - Gənclər və idman komitəsinin sədri Fazil Mustafa - İctimai birliklər və dini qurumlar komitəsinin sədri Sonra komitə sədrlərinin müavinləri də təsdiqlənib. Bununla da yeddinci çağırış Milli Məclisin birinci iclası başa çatıb.
Facebook-da paylaş