Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb


Yevlax rayon Xaldan kəndində meyvə yığarkən ağacdan yıxılaraq ağır xəsarət alan yerli sakin bir neçə gün sonra müalicə aldığı xəstəxanada keçinib.

Şəffaflıq.az-ın məlumatına görə, ehtiyatsızlıqdan meyvə ağacından yıxılaraq ağır xəsarət alan 1970-ci il təvəllüdlü Araz İsmayılov göstərilən tibbi yardımlara baxmayaraq, bu gün müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}