Əsas Səhifə > Hadisə > Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb

Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb


18-09-2024, 09:19


Yevlax rayon Xaldan kəndində meyvə yığarkən ağacdan yıxılaraq ağır xəsarət alan yerli sakin bir neçə gün sonra müalicə aldığı xəstəxanada keçinib.

Şəffaflıq.az-ın məlumatına görə, ehtiyatsızlıqdan meyvə ağacından yıxılaraq ağır xəsarət alan 1970-ci il təvəllüdlü Araz İsmayılov göstərilən tibbi yardımlara baxmayaraq, bu gün müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt