ABŞ-nin Suriyadakı bazası hücuma məruz qalıb


ABŞ Silahlı Qüvvələrinin Suriyadakı “Xarab əl-Cir” bazası raket hücumuna məruz qalıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, bu hücumla bağlı məsuliyyət daşıyan tərəf bilinmir. Hadisə ilə bağlı digər təfərrüatlar verilməyib.

Kürd birləşmələri, Qərb koalisiyasının dəstəyi ilə indi Suriyanın Haseke və Rakka əyalətlərinin əksəriyyətinə və Deyr əz-Zor əyalətinin şimal-şərq bölgələrinə nəzarət edir. 2015-ci ildən bəri ABŞ "İslam Dövləti" terror qruplaşması ilə mübarizə aparmaq üçün bu bölgədə 12 hərbi baza yaradıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}