Azərbaycanda kütləvi təklif olunan səhmlərin alınması üçün depo hesablarının açılması pulsuz olacaq
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 1 dekabr 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Milli Depozit Mərkəzinin xidmət haqları”nda dəyişiklik edib. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulan səhmlərin əldə edilməsi üçün investorlara depo hesablarının açılması zamanı xidmət haqqı tutulmayacaq. AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Xəbəri paylaş
Facebook-da paylaş