Mingəçevirdə su anbarında batan şəxsin meyiti tapılıb
Mingəçevirdə su anbarında batan Zaqatala rayon sakininin meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 21 iyun 2024-cü il tarixində Mingəçevir su anbarında batmış 1969-cu il təvəllüdlü Həsənov Vüqar Oruc oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş