Əsas Səhifə > Hadisə > Mingəçevirdə su anbarında batan şəxsin meyiti tapılıb

Mingəçevirdə su anbarında batan şəxsin meyiti tapılıb


18-07-2024, 15:19


Mingəçevirdə su anbarında batan Zaqatala rayon sakininin meyiti tapılıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 21 iyun 2024-cü il tarixində Mingəçevir su anbarında batmış 1969-cu il təvəllüdlü Həsənov Vüqar Oruc oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Şəffaflıq.az


Geri qayıt