Şəhid Aydın Qurbanovun qardaşı: Nəşinin tapılmağı gözlərimizi yoldan çəkdi


Birinci Qarabağ Müharibəsinin şəhidi Aydın Qurbanovun qardaşı Vaqif Qurbanov qardaşının nəşinin tapılmasına münasibət bildirib.

O, şəhidlə vida mərasimi zamanı  açıqlamasında deyib ki, gözləri artıq yoldan çəkilib.

V.Qurbanov buna görə Azərbaycan dövlətinə və Prezidentinə təşəkkür edib:

"Allah Prezidentimizi var eləsin ki, bizim gözlərimiz yoldan yığışdı. O, qardaşımızı bizə qaytardı. Mən, qardaşım və əmim oğlu 1993-cü ildə könüllü olaraq döyüşlərə yollanmışdıq. Ağdam döyüşlərində iştirak etmişik. Axırıncı döyüşümüz Ağdam rayonunun Güllücə kəndində olub. Həmin döyüşdə ermənilər bizi mühasirəyə aldılar. Qardaşım da o döyüşdə itkin düşdü. O vaxtdan bəri də gözümüz yolda qalmışdı".

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}