Səudiyyə Ərəbistanı klubu Braziliya millisinin qapıçısı ilə müqavilə imzalayıb


Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Braziliya millisinin qapıçısı Bento ilə müqavilə imzalayıb.

Şəffaflıq.az xəbər verir ki, klub sosial şəbəkələrdə “Atletiko Paranaense”dən transfer olunan qolkiperinin yeni komandasının formasında videosunu yayımlayıb.

Tərəflər 2028-ci ilə qədər müqavilə bağlayıblar. Bento Braziliya millisində cəmi 1 oyun keçirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}