Tovuzun bir sıra kəndlərinə elektrik enerjisinin verilişi dayandırılacaq


"Azərişıq" ASC-yə məxsus Tovuz Elektrik Şəbəkəsinin ərazisində yerləşən və yeni inşa olunan 110/35/6 kV-luq “Tovuz” yarımstansiyasındakı son tamamlanma işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.

Şəffaflıq.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar bu gün saat 11:00-dan saat 16:00-a qədər rayonun Ağdam, Vahidli, Dondar Quşçu, Qazıqulu kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin kəndlərin elektrik enerjisi ilə təmin edən 35 kV-luq “Ağdam” hava xətti yeni yarımstansiyaya qoşulduqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}