Parisdə silahlı şəxs hərbçiyə hücum edib


Parisdə bıçaqla silahlanmış şəxs hərbi patrula hücum edərək hərbçilərdən birini yaralayıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib.

“Asayişin qorunması əməliyyatında iştirak edən əsgər Parisdə Şərq vağzalında patrul xidməti apararkən bıçaqlanıb. Onun həyatı təhlükədə deyil. Hücum edən şəxs saxlanılıb”, – nazir sosial şəbəkədə yazıb.

BFMTV qeyd edib ki, müşahidə kameralarının görüntülərinə görə, şübhəli şəxs hücum etməzdən əvvəl bir müddət hərbi patrulu izləyərkən görünüb. Onun təxminən 30 sm uzunluğunda ülgüclü bıçaqla silahlandığı vurğulanıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}